Əfqanıstanda məsciddə partlayış: 30 ölü var - VİDEO

  • 15:37 - 15 Oktyabr

Əfqanıstanın Qəndəhar şəhərində cümə namazı zamanı ən böyük şiə məscidində partlayış baş verib.

Avropa.info xəbər verir ki, hücum nəticəsində 30 nəfər həyatını itirib.

Qeyd edək ki, partlayışın baş verdiyi "Fatimiyyə" məscidi "Taliban" qüvvələrinin qalası olaraq bilinən Qəndəhar şəhərində yerləşir.

Oxşar hücum ötən cümə günü Kunduz şəhərində də baş vermiş və 100 nəfərin həyatına son qoymuşdu.

Kunduzda baş verən partlayışa görə məsuliyyəti "İŞİD" terror təşkilatı öz üzərinə götürmüşdü.


Oxunma sayı: 1266

Oxşar yazılar