Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artdı

  • 14:39 - 15 Oktyabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.


Oxunma sayı: 2113

Oxşar yazılar