Azərbaycan Prezidenti BƏYAN ETDİ: "Azərbaycan qalib ölkə kimi Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa hazırdır"

  • 13:56 - 15 Oktyabr

Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident İlham Əliyev deyib: "Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək".


Oxunma sayı: 3312

Oxşar yazılar