"Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi" - Prezident İlham Əliyev

  • 13:31 - 15 Oktyabr

"Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi".

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident bildirib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.

Ölkə başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.


Oxunma sayı: 2949

Oxşar yazılar