"Ukrayna" dairəsində yol hərəkəti yenidən qurulacaq - VİDEO

  • 14:06 - 15 Oktyabr

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb.

BNA-dan Avropa.info-ya verilən məlumata görə, ilk dəfə tətbiq ediləcək Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək.

Çoxsaylı vətəndaş müraciətləri və mövcud problemləri nəzərə alınaraq hazırlanan layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.

Layihənin icrasından sonra:

Mübahisəli nöqtələr minimuma endiriləcəyindən təhlükəsizlik təmin olunacaq;

Dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq;

Hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;

Piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.


Oxunma sayı: 2520

Oxşar yazılar