Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Nazir

  • 11:20 - 15 Oktyabr

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcəyini bildirib:

"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Saziş əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.


Oxunma sayı: 3928

Oxşar yazılar