Bu ölkədə Qurani-Kərimə sayğısızlıq xalqı küçələrə tökdü - Ölənlər və yaralılar var

  • 10:17 - 15 Oktyabr

Banqladeşdə Qurani-Kərimə sayğısızlıq edilidyi iddiası ilə xalq küçələrə tökülüb. Avropa.info xəbər verir ki, baş verən olayda 3 nəfər ölüb, aralarında polislərin də olduğu çoxlu sayda yaralı var.

Ölkə paytaxtı Dakkanın cənub şərqindəki Comilla bölgəsində olan müvəqqəti hindu məbədində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə sayğısızlıq edildiyi iddiasılarından sonra cənubdakı Chandpurun Hajiganj bölgəsində iğtişaşlar yaşanıb.

Chandpur bölgəsindəki yerli rəsmilərdən olan Shakhawat Ullah "Anadolu" agentliyinə verdiyi açıqlamada hadisədə 3 nəfərin öldüyünü, yaralanan 10 nümayişçi və 19 polisin xəstəxanada müalicə aldığını söyləyib.

Səhiyyə işçiləri təhlükəsizlik qüvvələrinin göz yaşardıcı qazdan istifadə etdiyini və atəş açdığını, bir nümayişçinin küçədə, digər ikisinin isə xəstəxanada öldüyünü bildiriblər.

Baş verən hadisənin nəzarət altına alındığı, lakin xoşa gəlməyən durumların yaşanmaması üçün bölgəyə əlavə qüvvələrin göndərilidyi bildirilir.

Yerli mətbuatda yayılan məlumatlara görə, Comilla, Chattogram, Kurigram və Moulvibazar bölgələrində baş verən olaylarda da çoxlu sayda insan yaralanıb, hindu məbədləri dağıdılıb.

Olaylar zamanı hindular ölkə miqyasında Durga Puja festivalı keçirirmiş.


Oxunma sayı: 1013

Oxşar yazılar