Rusiya Müdafiə Nazirliyi: Erməni silahlıları Azərbaycan karvanı atəşə tutublar

  • 00:31 - 15 Oktyabr

Oktyabrın 13 -də Sarsang su anbarının ərazisində, Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycanın tikinti texnikası karvanı atəşə tutulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, karvanı Rusiya sülhməramlıları müşayiət edirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma aparır. 


Oxunma sayı: 5567

Oxşar yazılar