Türkiyədə son sutkada 203 nəfər ölüb

  • 23:30 - 14 Oktyabr

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 217 nəfər test edilib, onların 30 709-nun koronavirus testi pozitiv nəticə verib, 26 461 nəfər sağalıb.

Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 113 418 257 peyvənd tətbiq edilib ki, bunun da 88,18 faizi birinci, 75,60 faizi isə ikinci mərhələ vaksinasiya olunanlardır.


Oxunma sayı: 782

Oxşar yazılar