Azerbaycan qaz ixracını 50 faizə yaxın artırıb

  • 20:30 - 14 Oktyabr

SOCAR tərəfindən 4,5 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir. 

Şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. 

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox - 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.


Oxunma sayı: 3521

Oxşar yazılar