Dağıstanın yeni rəhbəri seçilib

  • 19:15 - 14 Oktyabr

Sergey Melikov Rusiyanın Dağıstan Respublikasının yeni rəhbəri seçilib. 

Onun namizədliyini Dağıstan parlamentində 90 deputatdan 82-si dəstəkləyib. 

Qeyd edək ki, o, oktyabrın 5-dən Dağıstan rəhbərinin vəzifələrini icra edirdi. S.Melikov bu vəzifədə Vladimir Vasilyevi əvəz edəcək. 

V.Vasilyev isə Dağıstanın rəhbəri vəzifəsindən istefa verdikdən sonra prezident Vladimir Putininə müşavir təyin edilib.(trend)


Oxunma sayı: 1937

Oxşar yazılar