Qazaxıstanlı politoloq: Bakının meydanı genişdir, uduzan Tehran olacaq

  • 16:59 - 14 Oktyabr

İranın qeyri-adekvatlığı onun siyasətində həmişə müşahidə olunub. İstər Xəzər, istərsə də nüvə proqramı ilə bağlı danışıqlarda Tehran qeyri-konstruktiv davranır.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə tanınmış qazaxıstanlı politoloq Zamir Karajanov çıxış edib.

“İran hakimiyyəti özünü elə göstərmək istəyir ki, guya münaqişələrin əleyhinə olan bir ölkədir. Amma diqqət yetirsək, elə münaqişələrin yaranmasına əsas səbəb də İranın qeyri-adekvat adımları olur. Bu vəziyyəti ölkənin mövqeyi ilə izah etmək olar. Tehran öz maraqlarını əsas tutur və danışıqlara həvəssiz gedir. Bu siyasət çevik, bəzən isə praqmatik olmur. Tehran Xəzərin hüquqi statusuna dair Konvensiya ətrafında aparılan danışıqlarda da nəzərə çarpacaq dərəcədə kompromis qərarlardan qaçır. Bütün ölkələr öz aralarında razılığa gəliblər, amma İran yox. Bu mənzərə ölkənin nüvə proqramı ilə bağlı danışıqlarda da müşahidə edilib. Tehran güclü geosiyasi risklərlə üzləşmək bahasına olsa belə, öz xəyallarından geri çəkilmir.

Siz bir düşünün - İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı indiyədək ratifikasiya etməyən yeganə ölkədir”, - deyə o bildirib.

Politoloqun sözlərinə görə, Qafqazla bağlı da analoji vəziyyət müşahidə olunur:

“İran özü üçün xəyali təhlükə hiss edən kimi qətiyyətli addımlar atmağa başladı - sərhəddə hərbi təlimlər keçirir və narazılığını bildirir. Bir qayda olaraq, bu, qonşularına və tərəfdaşlarına etimadın aşağı səviyyədə olmasının əlamətidir.

İran ilə Azərbaycan arasındakı gərginliyə gəlincə, bunun zərəri yalnız Tehrana olacaq. Azərbaycan-İran münasibətlərindəki böhran Tehranın vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycanın kiminlə və hansı şərtlərlə əməkdaşlıq etmək baxımından manevrlər etmək üçün kifayət qədər böyük meydanı var”.


Oxunma sayı: 848

Oxşar yazılar