Azərbaycanda şirkət rəhbəri HƏBS EDİLDİ

  • 15:00 - 14 Oktyabr

"Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

Avropa.info "qafqazinfo”ya istinadən xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna "Riyad” Ticarət Mərkəzi, "Riyad” Mühafizə xidməti, "Azinteroil” MMC və digər şirkətlər daxildir.


Oxunma sayı: 3642

Oxşar yazılar