SON DƏQİQƏ! Livanda ordu ilə "Hizbullah" arasında SİLAHLI QARŞIDURMA - Beyrut küçələri QAN GÖLÜNƏ DÖNDÜ, ölənlər və yaralılar var

  • 14:08 - 14 Oktyabr

Livanın paytaxtı Beyrutda hökumət qüvvələri ilə  "Emel" Hərəkatı və "Hizbullah" tərəfdarları arasında qarşıdurma başlayıb. 

Avropa.info xəbər verir ki, Livan ordusu "Hizbullah" tərəfdarlarının bir-birlərinə atəş açması nəticəsində çoxlu sayda ölü və yaralıların olduğu bildirilir. 

"Hizbullah" və "Emel" hərəkatının tərəfdarları Beyrut Ədalət Sarayının qarşısına toplaşaraq, keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran hakim Tariq əl-Bitarın yerinə başqasının təyin edilməsini tələb ediblər.

Anadolu Agentliyinin bölgədəki müxbirinin verdiyi məlumata görə, "Hizbullah" tərəfdarları Et-Tayyuna bölgəsinə gəldikləri zaman Beyrut Ədliyyə Sarayına doğru hərəkət edərkən bəzi binalara atəş açıblar. 
 

Gərginliyin davam etdiyi bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib. Ordu ilə  "Emel" hərəkatı silahlıları arasında toqquşmalar başlayıb.

Livanın baş naziri Nəcib Mikati günortadan sonra Mərkəzi Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Livan Ordusu Komandanlığından verilən açıqlamada, təhlükəsizlik qüvvələrinin silahlı olduğu düşünülən hər kəsi atəşə tutacağı bildirilib. 

Avropa.info


Oxunma sayı: 5952

Oxşar yazılar