Ceyranbatanda qadına qarşı iyrənc cinayət: ANBAAN KAMERAYA DÜŞDÜ - VİDEO

  • 14:16 - 14 Oktyabr

Gəncədə onlayn yolla dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. Həmin şəxs sosial şəbəkələr vasitəsilə ucuz mebel dəstləri satmaq adı ilə vətəndaşları aldadaraq onların pulunu mənimsəyirmiş. Abşeronda isə qadına hədə qorxu gələrək pulunu mənimsəyən şəxs ifşa edilib. 

Gəncə polisi onlayn mebel satışı adı ilə insanları aldadan Şəki şəhər sakini Səbuhi Əsmənzadəni saxlayıb. İlkin araşdırmalar zamanı məlum olub ki, o, instagram sosial şəbəkəsində "prenses_mebel_salonu", "stil­_mebel_salonu", "estello_mebel_salonu" və "arzum_mebel_salonu" adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlarla təqdim edib, ucuz mebel dəstləri satacağını vəd edərək müəyyən məbləğdə vəsaiti onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib. Saxlanan şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanları dəyişirmiş. Belə ki, o, Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakıda müxtəlif ərazilərdə evlər kirayələyirmiş.

Səbuhi Əsmənzadənin 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. 

Saxlanılan şəxs barəsində Cinayət Məcəslləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində isə qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini iddia edib. Abşeron polisinin daxil olmuş şikayət əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sumqayıt şəhər sakini rahib abuzərov saxlanıb.

Rahib Abuzərov qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək  hadisə yerindən qaçıb. Faktla bağlı əməliyyat- istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 3840

Oxşar yazılar