SON DƏQİQƏ! Türkiyədən Suriyada PKK/YPG-yə qarşı yeni əməliyyat MESAJI- ABŞ və Rusiyaya "qarışmayın" XƏBƏRDARLIĞI

  • 12:16 - 14 Oktyabr

"Aldığımız məlumatları incələyirik. Haqq və mənfəətlərimizi qorumaq üçün nə lazımdırsa, zamanı gələndə bu günə kimi edildiyi kimi, Prezidentimizin rəhbərliyi altında yenə də ediləcək. Heç kimin şübhəsi olmamalıdır".

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkəsinin Suriyada PKK/YPG terror təşkilatına qarşı gözlənilən hərbi əməliyyatından danışarkən deyib. 

Akar, Suriyanın şimalında "terror koridoru" qurmaq istəyən PKK/YPG-li terrorçulara qarşı əməliyyatın siqnalını verib. 

Türkiye'den Suriye'ye harekat açıklaması!

"Bu günə kimi ABŞ və Rusiya ilə edilən anlaşmalarda üzərimizə düşən nə varsa etmişik. Ölkəmizi qorumaq bizim boynumuzun borcudur. Orada terrorçular varsa və onlara qarşı heç bir tədbir görmürsünüzsə, bunu biz etmək məcburiyyətindəyik. Ölkəmizi və millətimizi 40 ildir davam edən bu terror bəlasından xilas etmək əzmindəyik. 

Siz minlərlə kilometrdən ölkəmizin cənubuna gəlib "bəzi hərəkətlər təhlükəsizliyimizi təhdid edir" deyəcəksiniz, amma biz sərhədlərimiz yaxınlığındakı terrorçulara laqeydmi qalacağıq? Belə bir şey ağlasığmazdır. Orada heç bir şəkildə terror dəhlizinin yaradılmasına icazə vermədik və verməyəcəyik. Bunu etməyə çalışdıqları PKK/YPG terrorçularını qazdıqları çuxurlara basdırdıq, basdırırıq", - deyə Akar qeyd edib. 

Avropa.info


Oxunma sayı: 6172

Oxşar yazılar