Rusiyalı hərbçilər Qarabağda yenə təlim keçirdilər - VİDEO

  • 13:42 - 14 Oktyabr

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti 27 müşahidə məntəqəsinin hamısında eyni vaxtda kompleks təlim-məşq keçirib.

Avropa.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin təlimlə bağlı yaydığı rəsmi açıqlamasında deyilir: "Hərbçilər mümkün pozuntuların, təxribat səciyyəli hərəkətlərin və hücumların qarşısının alınmasını məşq ediblər. ZTR-lərdəki növbətçi hissələrdən də istifadə olunub".

Qarabağdakı rusiyalı sülhməramlıların komandanlığının nümayəndəsi Aleksandr Draqun isə söyləyib ki, belə məşqlər mütəmadi olaraq, gecə və gündüz keçirilir: "Yerli sakinlər təlimlərə etimadla yanaşırlar. Təşkilati işlər zamanı problemlər və suallar yaranmır".


Oxunma sayı: 958

Oxşar yazılar