Rusiya Türkiyə ilə birbaşa qarşıdurmaya girməyə risq etməyəcək... - "Arab News" Ankaranın Suriyada PKK/YPG-yə qarşı yeni əməliyyat hazırlıqları HAQDA

  • 11:12 - 14 Oktyabr

"Rusiya İdlibdə Türkiyə ilə birbaşa qarşıdurmaya girmə risqini gözə almayacaq. Son bir neçə ayda Türkiyənin İdlibdəki hərbi varlığını gücləndirdi."

Avropa.info xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanında ingiliscə dərc olunan "Arab News" qəzetinin təhlil yazısında bildirilir. 

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyat bölgəsində terror təşkilatı PKK / YPG tərəfindən həyata keçirilən hücumda iki türk polisinin şəhid olmasından sonra gözlərin Ankaraya çevrildiyini yazan qəzet, Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Suriya məsələsində ortaq nöqtəyə gələ bilmədiklərini qeyd edib.

Türkiyəyə qarşı hücumların edildiyi bölgələrin daha çox rusların nəzarətində olduğunu xatırladan "Arab News", Moskvanın terror təşkilatı PKK/YPG -nin hücumlarına göz yumduğunu bildirib.

"Keçən ay YPG hücumunda türk əsgərləri öldürüldükdə, Türkiyə bunun qisasını aldı və maraqlıdır ki, ruslar Türkiyəyə boş bir sahəni vuraraq cavab verdi. Bu diplomatik mesajdır. Bu son hadisə, Rusiya tərəfinin terrorçuların nəzarətində olan ərazilərə birbaşa hücum etməkdənsə, Moskva ilə əlaqə qurmağa məcbur etmək taktikasının təzahürüdür. Rusiya bu bölgədə təsir gücünə malik olduğunu göstərmək istəyir. Rusiya Türkiyənin nəzarəti altında olan ərazilərə hücumları dayandırmaq gücünə malik olsada, bunu etmir. Çünki hər hansı bir hücuma başlamazdan əvvəl Ankaraya rusiyalı həmkarlarını nəzərdən keçirməsini xatırlatmaq istəyirlər", - deyə qəzet qeyd edib.

Avropa.info


Oxunma sayı: 7349

Oxşar yazılar