Tramp prezidentliyə namizədliyinin SİQNALINI VERDİ: "Mənim üçün hələ darıxmamısınızmı?"

  • 00:08 - 14 Oktyabr

ABŞ -ın keçmiş prezidenti Donald Tramp ölkədə qiymətlərin artdığını və Birləşmiş Ştatların Əfqanıstanda alçaldıldığını ifadə edərək, Co Bayden administrasiyasını ittiham edib.

Avropa.info xəbər verir ki, yazılı açıqlama ilə çıxış edən Tramp, Baydenin ölkəni iflasa apardığını bildirib. 

"Kovid-19 epidemiyası nəzarətdən çıxmaqdadır, tədarük zəncirimiz mağazalarımızda az sayda məhsulla çökməkdədir. Əfqanıstanda alçaldıq, sərhədimiz tam bir fəlakətdir, qaz qiymətləri və inflyasiya sürətlə artır. Mənim üçün hələ darıxmamısınızmı",-deyə Tramp sual edib.

Qeyd edək ki, Tramp 2016-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub.


Oxunma sayı: 2674

Oxşar yazılar