Putin: "Terrorçular aktiv şəkildə Əfqanıstana toplaşır"

  • 23:25 - 13 Oktyabr

İraq və Suriyadan Əfqanıstana aktiv şəkildə terrorçular göndərilir.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Putin deyib ki, onlar MDB ölkələrində vəziyyətin sabitliyi pozmağa çalışa bilərlər, buna görə də sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır.

“İraqdan, Suriyadan oraya hərbi əməliyyat təcrübəsi olan döyüşçülər cəlb olunur. Ona görə də istisna deyil ki, birbaşa genişlənmə başlayana qədər terrorçuların qonşu dövlətlərdə, o cümlədən MDB ölkələrində vəziyyəti destabilləşdirməyə çalışması mümkündür”, - deyə Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələri ilə söhbət zamanı vurğulayıb.

“Bu baxımdan Əfqanıstan sərhədindəki vəziyyəti daim monitorinq etmək və silahlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini əlaqələndirmək, lazım gələrsə birgə xüsusi əməliyyatlar aparmaq vacibdir”, - deyə Rusiya prezidenti əlavə edib.


Oxunma sayı: 749

Oxşar yazılar