Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

  • 22:35 - 13 Oktyabr

Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin sədrini salamlayan Valentina Matviyenko Üçüncü Avrasiya Qadın Forumu və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər dünyada gedən proseslərdə qadınların yaxından iştirakı məsələlərinə dair geniş müzakirələr aparmağa şərait yaradır. Belə tədbirlərdə müxtəlif ölkələri təmsil edən qadın deputatların bir araya gəlməsi parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd edib.

Milli Məclisin sədri qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Oxunma sayı: 639

Oxşar yazılar