SON DƏQİQƏ! Türkiyə kəşfiyyatı İranın agent şəbəkəsini çökdürdü - 2-si İran kəşfiyyatı agenti olmaqla 8 nəfər HƏBS OLUNDU - ANBAAN VİDEO

  • 20:34 - 13 Oktyabr

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İran kəşfiyyatının agentlərinə qarşı uğurlu əməliyyat həyata keçirib. 

Avropa.info xəbər verir ki, Türkiyənin Van şəhərində keçmiş iranlı zabiti qaçırmaq istəyən 2-si İran kəşfiyyatının agenti olmaqla, ümumilikdə 8 nəfər Türkiyə Kəşfiyyat İdarəsi (MİT) tərəfindən cinayət başında yaxalanıb. 

Məlumata görə, Van şəhərində yaşayan keçmiş İran hərbçisi M.A.-nı (ad şərtidir:red) İrana qaçırmaq üçün göndərilən 2-si İran agenti olan 8 nəfər Türkiyə Milli Kəşfiyyat İdarəsi tərəfindən həbs olunub.

Türkiyə Milli Kəşfiyyat İdarəsi tərəfindən İran agentlərinin M.A -nı İrana qaçırmaq üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqları müəyyən edilib.

MİT-in təqib etdiyi şəbəkə üzvlərinin İran kəşfiyyatı agentlərinin təlimatı ilə keçmiş əsgər M.A-nın həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif etdikləri, təklifi qəbul etməməsi halında İranda yaşayan ailəsinə zərər veriləcəyi ilə təhdid etdikləri müəyyən olunub. 

Sentyabrın 24 -ü 2021-ci ildə Türkiyə vaxtı ilə  saat 21.00 radələrində M.A. -nı qaçırmaq üçün evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb. Davam edən əməliyyatda 6 nəfərdən ibarət digər şəbəkə üzvləri də yaxalanıb. 

Qeyd edək ki, saxlanılanlardan 2-si İran kəşfiyyatının agentləridir. 

Avropa.info


Oxunma sayı: 13388

Oxşar yazılar