Prezidentin 18 ili: "İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirib" - DEPUTAT

  • 19:47 - 13 Oktyabr

“Oktyabrın 15-də İlham Əliyevin Azərbaycanda ilk dəfə Prezident seçilməsindən 18 il ötür. Onun rəhbərliyi altında Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq  ən sürətlə inkişaf edən ölkələrdən biri olmaqla,  dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Bu müddət ərzində Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib”.

Bunu Avropa.info-ya açıqlamasında deputat Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. “Burada mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətləri ilə yanaşı, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olub. Dövlətin inkişaf etməsində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında liderin müstəsna rolu var. Məhz bu baxımdan Azərbaycanın şansı gətirib və cənab İlham Əliyev kimi  fenomen bir lider Azərbaycana rəhbərlik etməkdədir”- deputat qeyd edib.

O əlavə edib ki, onun liderlik qabliyyəti nəticəsində Azərbaycan qarşısında duran hədəflərə nail ola bilib:  

“Onun liderlik qabliyyəti nəticəsində Azərbaycan üzləşdiyi probelmləri bir-bir həll edib. Yürütdüyü məqsədyönlü siyasət və həyata keçirdiyi islahatlar nəticəsində nəticəsində nəinki ölkə iqtisadiyyatı güclənib. Bununla paralel olaraq  güclü ordu formalaşdırılıb. Hansı ki, bu gün Azərbaycan ordusu dünyanın ən gücül ordulaırndan biri hesab olunur. Azərbaycan ordusu qüdrətini, döyüş qabliyyətinin, döyüşə hazırlıq səviyyəsini, peşəkarlığını  2020-cilin payızında 44 günlük Vətən müharibəsi zamanı özünün  bir daha dünyaya nümayiş etdirdi. Nəninki döyüş qabliyyətini nümayiş etdirdi, eyni zamanda müasir hərb tarixində yeniliklərə imza ataraq ənənəvi hərb taktikasını alt-üst etdi. Dünyanın ən gücül orduya malik dövlətləri belə Azərbaycanın bu taktikasını təqdir edib, öyrənməkdədir. Bütün bunlar ancaq və ancaq cənab Prezident İlham Əliyevin liderlik qabliyyəti və uzaqgörən siyasəti, qətiyyəti nəticəsində mümkün olub. Bu bir daha onda müasir dövrün liderlik qabliyyətinin olduğunu  sübut edir”.

Deputat qeyd edib ki, İlham Əliyevin liderlik qabliyyəti və yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan beynəxlaq münasibətlər sistemində  nüfuzlu və hörmət edilən ölkələrdən biri hesab olunur: “Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilir və hörmət olunur. 44 günlük Vətən müharibəsindən sonra  isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da möhkələnib və möhkəmlənməkədir. Bu gün Azərbaycan bölgədə və dünyada ciddi aktor ölkələrdən birinə çevrilib. Əminəm ki, cənab İlham Əliyevin rəhbəliyi altında Azərbaycan hələ çox uğurlara imza atacaq”.


Oxunma sayı: 672

Oxşar yazılar