Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI

  • 17:31 - 13 Oktyabr

Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb. Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.

Avropa.info-nun məlumatına görə, Təhsil Kompleksi “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:

“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbində də şagirdlər arasında koronavirus yayılmışdı.


Oxunma sayı: 650

Oxşar yazılar