Mustafa Akıncının Türkiyəyə girişi QADAĞAN EDİLDİ : Türkiyəni "işğalçı" adlandırıb, Türk Kiprinə ingilis və yunan əsgərlərinin girməsini istəmişdi...

  • 00:37 - 13 Oktyabr

Türkiyəni Kiprdə "işğalçı" kimi qələmə verən və yunan işğalını müdafiə edən Şimali Kipr Türk Cumhuriyyətindən olan 42 yazar, jurnalist və siyasətçinin Türkiyəyə girişi qadağan edilib. 

Avropa.info xəbər verir ki, aralarında Şimali Kipr Türk Cumhuriyyətinin keçmiş prezident Mustafa Akıncı da daxil olmaqla siyahıda adı çəkilən şəxslərin "Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdıqları" səbəbiylı beş ilə qədər Türkiyəyə girişlərinə yasaq qoyulub.

Kiprdə nəşr olunan Avropa qəzeti, "Buna" Qara Siyahı "deyirlər, bizdə" Ağ Siyahı "deyirlər" başlığı ilə manşetdən dərc etdiyi yazıda, qərarın keçən ilin sentyabrında verildiyi bildirilib. Qəzet, dərc etdiyi məqaləsində keçmiş prezident Akıncı və yaxınları üçün "Bir də utanmadan Türkiyəyəmi gedəcəklər" ifadəsindən istifadə edib.

Qeyd edək ki, Kıpr Barış Əməliyyatı və "Barış Pınarı" əməliyyatını hədəf alan Akıncı, "qan töküldü" deyərək kiprli türkləri soyqırımdan xilas edən Türk Silahlı Qüvvələrinə böhtan ataraq, terror təşkilatı YPG/PKK ilə anlaşma istəmişdi. 

Hər fürsətdə Türkiyəyə qarşı düşmənçiliyini ifadə edən keçmiş prezident  Mustafa Akıncı, etdiyi bir çıxışda Türkiyənin ada üzərindəki qarantiyasının qaldırılmasını tələb edərək, İngiltərə və Yunanıstanın hərbi qüvvələrinin Kipr Türk Cumhuriyyətinə yerdilməsini istəmişdi. 

İngiltərənin "The Guardian" qəzetinə verdiyi müsahibədə isə Akıncı, Kiprin Türkiyəyə birləşməsini "qorxunc" adlandırmışdı. Akıncı, həmin müsahibədə Türkiydən iqtisadi yardımı azaltmaq üçün yunanlardan yardım istəmişdi.

Qeyd edək ki, Şimali Kipr Türk Cumhuriyyətində ötən il keçirilən seçkilərdə Mustafa Akıncı məğlub olub. Mustafa Akıncının qızının əri yunandır. 

Avropa.info


Oxunma sayı: 3587

Oxşar yazılar