İranın "qarın ağrısı" BƏLLİ OLDU : Azərbaycana qarşı Ermənistana dəstək verən İran, Türkiyəyə qarşı da Yunanıstanla qol-qoladır... (FOTO)

  • 14:47 - 12 Oktyabr

Son günlər Azərbaycanla yanaşı qardaş Türkiyəyə qarşı da "qara piar" aparan İran, Yunanıstana dəstək verməyə başlayıb. 

Avropa.info xəbər verir ki, İranda ingiliscə yayınlanan "Tehran Times" qəzeti yunan siyasi şərhçi Andreas Mountzouroulias ilə hazırladığı reportajda Türkiyəylə bağlı cirkin iftiralara yer verib. 

Ankaranın Afinanı "təhdid edərək", "beynəlxalq hüququ pozduğunu" İran qəzeti, Avropa Birliyi və NATO-nun Türkiyə qarşısında səssiz qaldığını yazıb. 
 

Yunanıstanın  beynəlxalq hüququ pozduğunu görməzdən gələrək, Türkiyəyə çamur atmağa çalışan İran qəzeti, "AB və NATO-nun cavab verməməsi Ərdoğanı daha çox qanunsuz addım atmağa sövq edir", yazıb.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qapalı Maraşın bir hissəsini yenidən açaraq, BMT qərarlarını "heç saydığını" iddia edən İran qəzeti, Türkiyənin haqqı olan Mavi Vatan projesinə də qarşı çıxıb. 

"Ankara öz xəritələrini ortaya qoyaraq, zorla Şərqi Aralıq dənizində boru kəmərinin inşasına davam edir. Ankara ekspansionist "Mavi Vətən" teorisi dənizdə səylərini davam etdirmək istəyir. Türkiyə digər millətlərə meydan oxuyan və digər ölkələrin daxili siyasətinə müdaxilə edən bir dövlətə çevrildi", -deyə "Tehran Times" qəzeti böhtanlarını davam etdirib. 

Qeyd edək ki, yazının Qarabağın erməni işğalından azad edilməsindən sonra, İranın Azərbaycana qarşı təhdidlərinin davam etdiyi bir vaxtda dərc edilməsi Tehranın məkirli siyasətinin təzahürüdür. Qarabağda Ermənistanla yanaşı özünü də məğlub hesab edən İran Zəngəzur dəhlizinə qarşı çıxmaqla, Azərbaycana qarşı saxta ittihamlar irəli sürməklə, əslində Türkiyənin Qafqaz və Orta Asiyada artan gücündən narahat olduğunu açıq şəkildə büruzə verir. Məhz bu səbəbdəndir ki, rəsmi Tehran heç bir əlaqəsi olmayan Şərqi Aralıq dənizi və Egeydə Türkiyə əleyhinə Yunanıstana dəstək verir. 

Avropa.info


Oxunma sayı: 6040

Oxşar yazılar