Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib - FOTO

  • 14:37 - 12 Oktyabr

Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

Bu barədə Avropa.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.

Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

 

 


Oxunma sayı: 3389

Oxşar yazılar