KOBİA ötən ay 3 minə yaxın sahibkara təlim keçib

  • 19:35 - 11 Oktyabr

Bu ilin sentyabr ayında Azərbaycanda 3 minə yaxın sahibkar İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inkişaf mərkəzlərinin təşkil etdiyi 220-dən çox biznes təlimindən faydalanıb.

Bu barədə  Avropa.info-ya Agentlikdən məlumat verilib. 

Məlumata görə, təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib.

Həmçinin, ötən ay 260 sahibkara biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət verilib, Bakı şəhəri və regionlar üzrə 13 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib. 


 


Oxunma sayı: 3114

Oxşar yazılar