Daha bir ölkə Türkiyədən "Bayraktar TB2" PUA-ları almaq üçün hərəkətə keçdi - Qarabağda dastan yazan Türk PUA-ları Afrikada da dəngələri dəyişir

  • 21:09 - 10 Oktyabr

Şərqi Afrika ölkəsi Ruanda Türkiyə istehsal olan "Bayraktar TB2" PUA-ları almaq üçün danışıqlar aparır.

Avropa.info xəbər verir ki, bu haqda  "Africa Intelligence" saytı məlumat yayıb.

Saytın məlumatına görə, Ruanda Türkiyədən ən az 12 ədəd "Bayraktar TB2" almaq istəyir. 2021 -ci ilin fevral ayında Ruanda Türkiyədən 15,9 milyon dollarlıq müdafiə sənayesi məhsulları almaq haqda müqavilə imzalamışdı.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ruanda Xarici İşlər naziri Vincent Biruta sentyabrın 7-də Ankarada keçirdikləri təkbətək görüşdən sonra idman, təhsil, sənaye və protokol sahələrində müqavilələr imzaladıqlarını açıqlamışdılar.

Nazir Çavuşoğlu Ruanda prezidenti Paul Kagamenin yaxın gələcəkdə Türkiyəyə səfər edəcəyini də qeyd etmişdi. Türkiyənin Ruandaya yatırımları 400 milyon dollar səviyyəsindədir və iki ölkə arasında ticarət həcmi keçən il 81 milyon dollar civarında idi. 

Qeyd edək ki, Liviyada, Suriyada, əsasən də Qarabağdakı 44 günlük savaş zamanı böyük uğurlara imza atan "Bayraktar TB2" PUA-larına dünya bazarında tələbat artıb. Son olaraq Türkmənistan bu PUA-lardan alaraq invertarına daxil edib. 

Avropa.info


Oxunma sayı: 4885

Oxşar yazılar