Bakıda mühafizəçi çalışdığı şirkətdən 14 min manatlıq oğurluq edib

  • 16:55 - 09 Oktyabr

Bakıda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da “GM Construction” şirkətinə məxsus 14 000 manat dəyərində 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən oranın mühafizəçisi L. Yaqubov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3378

Oxşar yazılar