Füzuli hava limanında son tamamlanma işləri həyata keçirilir - Açılışa saylı günlər qalıb - VİDEO

  • 13:52 - 09 Oktyabr

Füzuli hava limanında son tamamlanma işləri həyata keçirilir

Avropa.info xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir. Ötən ayın əvvəlində Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək Füzuli Hava Limanına eniş edib.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də ötən ay Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

“Füzuli Beynəlxalq hava limanı”nda uzunluğu 3000 metr, eni 45 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan “AzVirt” MMC şirkəti tərəfindən başlanılmış və hazırda şirkət tərəfindən son yekunlanma işləri həyata keçirilir.

Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.


Oxunma sayı: 3862

Oxşar yazılar