Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

  • 11:51 - 08 Oktyabr

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Prokurorluqdan Avropa.info-ya verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarova yaşadığı evdə öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əri, 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 738

Oxşar yazılar