Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

  • 22:25 - 07 Oktyabr

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, F.Qayıbov velosiped idmanı üzrə yığma komandanın üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Nazir velosiped federasiyasında və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. O, federasiyanın nəzdindəki muzeyə də baxıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli
yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məçqçisi Əbülfəz Məmmədov iştirak ediblər.


 


Oxunma sayı: 3829

Oxşar yazılar