3 rəfiqənin əməlləri: uşaq yeməyində gətirilən narkotik, ələ keçirilən nisyə dəftəri

  • 17:37 - 07 Oktyabr

Bakıda narkotik satışı ilə məşğul olan üç rəfiqə hakim qarşısına çıxarılıb.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 32 yaşlı Nərminə Kərimova, 28 yaşlı Lalə Məmmədova, 36 yaşlı İlahə Babayevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bildirək ki, İlahə Babayeva Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılanda qəhvə, çay, uşaq yeməklərinin içərisində gizlədilən 1542 ədəd MDMA (metilendioksimetamfetamin), 320 qram kokain, dünyada ən təhlükəli narkotik vasitə hesab edilən bonzay aşkar edilib.

Ardınca İlahə Babayevanın narkotik vasitələri çatdırılmalı olduğu şəxslər müəyyən edilib.
Qrupun digər üzvləri L.Məmmədova və N.Kərimova saxlanılıb. Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı metamfetamin, metilendioksimetamfetamin, kokain, preqabalinaşkar edilib.
Əməliyyat zamanı həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri də aşkar edilib.


Oxunma sayı: 760

Oxşar yazılar