Zaqatalada iki nəfəri bıçaqlayan şəxs tutuldu

  • 11:17 - 07 Oktyabr

Zaqatala rayon sakinləri olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, araşdırmalarla xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Oxunma sayı: 628

Oxşar yazılar