ABŞ-da məktəbdə baş vermiş atışma zamanı bir neçə nəfər yaralanıb

  • 23:10 - 06 Oktyabr

ABŞ-ın Texas ştatındakı Arlinqton şəhər məktəbində baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb. 

Bu barədə yerli “KTEN” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

Hadisə yerinə çox sayda polis əməkdaşı və bir neçə təcili tibbi yardım maşını cəlb olunub. Arlinqton polis idarəsi “Twitter”də əməkdaşlarının məktəbdə atışma ilə bağlı araşdırma apardığını təsdiqləyib. 

“Fox-4” telekanalının məlumatına görə, insident zamanı 3 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar. Ölənlərin olması ilə bağlı hələlik bir məlumat yoxdur. 

“CBS” telekanalının yerli şöbəsi məktəbin hələ də mühafizədə olduğunu qeyd edib. Ehtimal olunur ki, silahlı şəxs hələ də binadadır.(apa)


Oxunma sayı: 958

Oxşar yazılar