Azərbaycanda futbol qarşılaşmasında hamını duyğulandıran hərəkət - VİDEO

  • 10:49 - 04 Oktyabr

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" və "Qəbələ" klubları arasında baş tutan qarşılaşmada ibrətamiz epizod qeydə alınıb.

Avropa.info xəbər verir ki, qonaqların qapıçısı Nicat Mehbalıyev rəqib komandanın fanatlarının olduğu tribunaya yaxınlaşıb. Buna səbəb isə tribunaya asılmış "İmarət tayfa" üzvü olan şəhidin plakatının əyilməsi olub.

"Qarabağ"ın futbolçusunun zərbəsindən sonra top şəhidin plakatına dəyib. Meydandan çıxan topu gətirmək əvəzinə Nicat Mehbalıyev əvvəlcə şəhidin plakatını düzəldib.

"Qəbələ"nin qapıçısının etdiyi bu hərəkət stadiondakı azarkeşləri həm duyğulandırıb, həm də Nicat Mehbalıyevə olan rəğbəti artırıb. Matçdan sonra "Qarabağ"ın azarkeşləri Nicat Mehbalıyevi tribunaya çağıraraq ona təşəkkür ediblər.


Oxunma sayı: 6018

Oxşar yazılar