"Qarabağ" səfərdə "Omoniya"nı DARMADAĞIN EDİB, qrup lideri oldu - Yunan komandaları "Qarabağ"la bacarmır...

  • 00:57 - 01 Oktyabr

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Təmsilçimiz “Qarabağ” yunan Kiprində “Omoniya”nın qonağı olub. 4:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi xalını 4-ə yüksəldib və qrup lideri olub.

"Qarabağ" ilk turda Bakıda "Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edib.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:4

Qollar: Leçyaks, 40 (1:0), Kadi Borqes, 52 (1:1), Ramil Şeydayev, 73 (1:2), Maksim Medvedev, 79-pen (1:3), Kadi Borqes, 90+4 (1:4)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

23:00 "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan) - 4:2 

Qol: Artur, 16 (1:0), Lanq, 22 (2:0), 40 (3:0), Ndoye, 49 (4:0), Kante, 66 (4:1), Alves, 68-pen (4:2)


Oxunma sayı: 8031

Oxşar yazılar