Çempionlar Liqası: Madriddə sensasiya...

  • 01:10 - 29 Sentyabr

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.

Turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub. Bu oyunda qonaqlar qalib gəliblər - 1:2. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib.

Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:0

Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74

23:00. "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) - 1:2

Qollar: Kristofer Nkunku, 5 - Hans Vanaken, 22, Mats Rits, 41

Xal durumu: PSJ - 4, "Brügge" - 4, "Mançester Siti" - 3, "Leyptsiq" - 0.

B qrupu

23:00. "Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2

Qollar: Rafael Leao, 20 - Antuan Qrizmann, 84, Luis Suares, 90+7 (penalti)

Qırmızı vərəqə: Frank Kessi, 31 ("Milan")

23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:5

Qollar: Mehdi Taremi, 75 - Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77; 81

Xal durumu: "Liverpul" - 6, "Atletiko" - 4, "Portu" - 1, "Milan" - 0

C qrupu

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0

Qol: Doniyell Malen, 37

Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Beşiktaş" - 0, "Sportinq" - 0

D qrupu

23:00. "Real Madrid" (İspaniya) - "Şerif" (Moldova) - 1:2

Qollar: Kərim Benzema, 64 (penalti) - Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 3, "İnter" - 1, "Şaxtyor" - 1


Oxunma sayı: 9109

Oxşar yazılar