Ersin Tatar BMT Baş katibi və Cənubi Kipr təmsilçisi ilə görüşəcək

  • 16:39 - 27 Sentyabr

Nyu-Yorkda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu gün BMT-nin Baş katibi Antonio Quterres və Cənubi Kiprin rum idarəçiliyinin rəhbəri Nikos Anastasiadis ilə üçtərəfli görüş çərçivəsindən bir araya gələcək.

Avropa.info xəbər verir ki, Ersin Tatar və rum lider Anastasiadis BMT Baş katibi Quterresin liderlərin şərəfinə verəcəyi nahar yeməyinə qatılacaq. Nahar yeməyi bu gün Bakı vaxtı ilə saat 21:15-də (Nyu-York vaxtı ilə 13:15-də) başlayacaq.


Oxunma sayı: 2179

Oxşar yazılar