Müharibənin belə nəticəsini heç kəs gözləmirdi - Laaroussi

  • 15:24 - 27 Sentyabr

Müharibənin əvvəlində heç kim bu müharibənin nə ilə nəticələnəcəyini təxmin edə bilməzdi.

Avropa.info bildirir ki, bu sözləri axar.az-a beynəlxalq əlaqələr üzrə mərakeşli professor İssam Laaroussi 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, mövcud regional müharibələrin uzun müddətdir davam etdiyi, əsas məqsədin “sonu görünməyən müharibələr" kimi göründüyü kontekstdə Azərbaycanla Ermənistan arasındakı müharibə istisnasıdır:

“Birincisi: Azərbaycanın hərbi hazırlığı. Azərbaycan qoşunları böyük bir qələbəni reallaşdırmaq istiqamətində ciddi hazırlıq nümayiş etdirdilər. Ordu ərazi bütövlüyü və Şuşanı azad etmək üçün motivasiya edildi.

İkincisi: Azərbaycan əhalisi öz haqlarını yenidən qazandı. Hərbi hücum strategiyası bu savaşı milli davaya çevirdi.

İkinci Qarabağ müharibəsi bu böhranı sona çatdırmaq üçün milli ruhun birliyini nümayiş etdirən tarixi bir hadisə oldu”.


Oxunma sayı: 1948

Oxşar yazılar