Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağın kontur xətlərini xəritədən sildi – FOTO

  • 13:59 - 27 Sentyabr

Sentyabrın 26-dan Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş və Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi zonasını göstərən xəritəsində 26 noyabr 1991-ci ildə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin konturu yığışdırılıb.

Bu barədə Avropa.info Turan-a istinadən bildirir. Son dəfə keçmiş DQMV-nin konturunu 20 sentyabr 2021-ci il tarixli xəritədə görmək mümkün idi.

10 iyul 2021-ci ildə Prezident İlham Əliyev bəyan edib: “Dağlıq Qarabağ region üçün düzgün ad deyildir. Belə ərazi vahidi yoxdur və belə adı istifadə etmək olmaz”. Dövlət başçısı beynəlxalq təşkilatları və ölkələri “Dağlıq Qarabağ” termini tətbiq etməməyə çağırıb.

Qeyd edək ki, öncə Rusiya sülhməramlılarının göstərişi ilə Azərbaycanın Xocavənd rayonu, Amarasdakı alban məbədinin damından qanunsuz rejimin bayrağı  yığışdırılib.


Oxunma sayı: 2355

Oxşar yazılar