Prezident qəhərini boğa bilmədi: "Budur Azərbaycan xalqı" – VİDEO

  • 13:41 - 27 Sentyabr

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən torpaqlara ziyarəti barədə bəhs edərkən gözləri dolub.

Avropa.info-nun məlumatına görə, ölkə başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban xanım Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər.

“Onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - deyə İlham Əliyev kövrələrək bildirib.

Onun sözləri jurnalisti də təsirləndirib.


Oxunma sayı: 2476

Oxşar yazılar