Dünyanın gözü burada olacaq - Türkiyədə antik məbədin giriş qapısı TAPILDI - VİDEO

  • 13:39 - 27 Sentyabr

Türkiyənin Aydın vilayətinin Germəncik rayonunda yerləşən qədim şəhər Maqneziyada uzun müddətdir davam edən qazıntılarda, Berlin Perqamon Muzeyində surəti saxlanılan Maqneziya Zevs Məbədinin giriş qapısı tapılıb.

Avropa.info bildirir ki, Osmanlı dövründə alman, hazırda isə Görkəm Kökdemir rəhbərliyində türkiyəli arxeoloqlar tərəfindən antik şəhərdə aparılan qazıntılarda bu günə qədər Artemis müqəddəs ərazi, stadion və teatr açkara çıxarılıb. Qazıntılarda 80 heykəllə yanaşı müxtəlif əşyalar tapılıb.

Dövrün ən əhəmiyyətli dini festivalı olan Artemis Festivalının bu şəhərdə keçirildiyini söyləyən Kökdemir bildirib:

Dini baxımdan bura çox önəmli bir şəhərdir. "Tanrılar şəhəri" deyə bilərik. İndiyə qədər aparılan qazıntılar da bunu sübut edir. Çünki burada bir çox tanrı üçün müqəddəs məkanlar inşa edilib.

G.Kökdemir qeyd edib ki, bu ilki qazıntı sahələri "dini aqora" olaraq adlandırılan 26 min kvadrat metrlik ərazini əhatə edir: "Bu ərazidə yerləşən Zevs məbədinin qapısını tapmışıq.

Məbədin Maqneziyadakı Artemis məbədi qədər möhtəşəm memarlıq nümunəsi olacağını düşünürük. Çünki söhbət yer üzünün allahı hesab olunan Zevsin şərəfinə tikilmiş məbəddən gedir. Osmanlı dövründə bu ərazidə almanlar qazıntı aparıblar. Bu məbəddən Alnmaniyaya müxtəlif tapıntılar aparılıb. Bunu nəticəsi olaraq Berlin Perqamon muzeyində məbəddən tapılan hissələr əsasında Zevs məbədinin eynisi olan replikası sərgilənməkdədir. Biz isə məbədin orjinalını üzə çıxarmaqdayıq".


Oxunma sayı: 2784

Oxşar yazılar