Zakir Həsənov: "Cənab Ali Baş Komandan çox ciddi məsələlərə toxundu"

  • 12:51 - 27 Sentyabr

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edərkən açıqlama verib.

"Bildiyiniz kimi, bu gün cənab prezident İlham Əliyev xalqa müraciət etdi. Müraciəti ordunun bütün şəxsi heyəti ilə birgə dinlədim. Bilin ki, cənab Ali Baş Komandan çox ciddi məsələlərə toxundu. Şəhidlərimizin xatirəsini anırıq, mərazlarını ziyarət edirik. Tədbirdə şəhidlərimizin yaxınları iştirak edir, xahiş edirəm, onlara diqqət göstərəsiniz. Yəqin ki, günün planına uyğun olaraq tədbirlər davam edəcək", - nazir vurğulayıb.


Oxunma sayı: 1519

Oxşar yazılar