SON DƏQİQƏ: Ərdoğan-Putin görüşünə saatlar qalmış Rusiya qırıcıları Afrində Türkiyənin dəstəklədiyi müxalifləri bombaladı - Ölənlər və yaralılar var

  • 11:47 - 27 Sentyabr

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında çərşənbə günü keçiriləcək Soçi zirvəsindən iki gün qalmış Rusiya qırıcıları İdlib, Hələb və Lazkiyə ətrafını bombalayır. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus döyüş təyyarələrinin son hədəfi Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun birgə terrordan təmizlədiyi Afrin bölgəsi olub. 

Rusiyaya məxsus Su-34 döyüş təyyarələri Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun PKK terror təşkilatı ilə təmas xəttini vurub. Bombardıman nəticəsində 7 SMO əsgəri öldürülüb, ən az 20 əsgər yaralanıb. Türkiyənin dəstəklədiyi Hamza Tuqaylarının komandiri Seyf Əbubəkir hücumdan sonra verdiyi açıqlamada, Rusiyadan bu olayın qisasını alacaqlarını bildirib. 

5 mart sazişinə baxmayaraq Rusiya tərəfindən həyata keçirilən bombardmanlar nəticəsində Türkiyə Silahlı Qüvvələri bazalarına sıfır nöqtələrin vurulması diqqət çəkib.

Bölgədən gələn məlumatlara görə, Suriya diktatoru Bəşər Əsədin qardaşı Mahir Əsədə bağlı güclər və İran dəstəkli terror qrupları İdlib ətrafında toplanırlar. Mənbələr rejim-Rusiya-İran üçlüyünün hücuma hazırlaşdığını qeyd edirlər.

Cəbəl Zaviya bölgəsindən başlayaraq Afrinə qədər uzanan Rusiya bombardımanlarının artdığı dəqiqələrdə Türkiyə bazalarınında da aktivlik yaşanır. İdlib-Lazkiyə magistral yolu olan M-4-lə hərəkət edən Türkiyə Silahlı Qüvvələri konvoyu, avtomobil yolu boyunca yerləşib. Türk PUA-larının Afrin üzərində uçuşlar həyata keçirdiyi qeyd olunur. 

Avropa.info


Oxunma sayı: 8108

Oxşar yazılar