Üçrəngli bayrağımızla bəzənən Bakı: möhtəşəm görüntülər - FOTO

  • 10:37 - 27 Sentyabr

44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Avropa.info bildirir ki, Anım Günü ilə əlaqədar Bakının əksər küçə və prospektləri, binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 1431

Oxşar yazılar