Prezident: “Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ Müharibəsində tam qələbə qazanıb”
- 10:11 - 27 Sentyabr
“Əziz həmvətənlər! Düz 1 il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdu”.
Avropa.info-nun məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib ki, namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olub: “Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq geniş miqyaslı əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində tam qələbə qazanıb”.