ABŞ-da polis sahildə idmançını güllələyib

  • 23:10 - 26 Sentyabr

ABŞ-ın Kaliforniya ştatının Huntington Beaç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan “Open of Surfing”in iştirakçısını güllələyərək öldürüblər. 

Bu barədə “FoxNews” məlumat yayıb. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər. 

Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarda olan idmançının adı açıqlanmır. Güllələnən adam həmən xəstəxanaya yerləşdirilib. 

Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticədə idmançı aldığı xəsarətlərdən dünyasını dəyişib.(apa)


Oxunma sayı: 2993

Oxşar yazılar