ABŞ ordusu Suriyada 3 vətəndaşı öldürüb
- 21:55 - 26 Sentyabr
ABŞ ordusu Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətinə vertolyotla eniş edərkən 3 nəfəri güllələyib.
Bu barədə mənbələrə istinadən Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ qüvvələri Əl-Şüheyl kəndində vertolyotlardan enərək evlərə və əkin sahələrinə atəş açıb. Nəticədə 3 nəfər mülki şəxs ölüb.(apa)